• Bakı C

    4.39 m/s

  • USD - 1.7

    EUR - 1.7692

    RUB - 1.6998

Belçikada hökumət koalisiyası heç bir nəticə verməyib

DÜNYA

25 Dekabr 2024 | 15:00

Belçikada hökumət koalisiyası heç bir nəticə verməyib

Belçikada keçirilən ümumi seçkilərdən sonra 200 gündür nəticə verməyən koalisiya danışıqlarında ümidlər 2025-ci ilə köklənib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, federal sistemlə idarə olunan Belçika tarixində dəfələrlə yaşandığı kimi, hökumətin qurulmasında növbəti dəfə böhran yaşayır.

Üç rəsmi dili olan ölkə, federal hökumətdən əlavə 6 hökumət - yəni, Flamand Regional Hökuməti, Valloniya Hökuməti, Brüssel-Paytaxt Bölgəsi Hökuməti, Fransız İcması Hökuməti və Alman İcması Hökuməti tərəfindən idarə olunur.

Başda Avropa İttifaqı və NATO olmaqla bir çox beynəlxalq təşkilatlara ev sahibliyi edən, təxminən 12 milyon əhalisi olan bir ölkədə hökumətin qurulma prosesi bir-birinin ardınca rekordlar qırılması ilə dünyanın gündəmini zəbt edir.

Xatırladaq ki, ölkə 1979-cu il seçkilərindən sonra 107 gün, 1988-ci ildə 148 gün, 2007-ci ildə 194 gün, 2010-cu ildə 541 gün və 2019-cu il seçkilərindən sonra 652 gün hökumətsiz qalıb.

Belçika hətta “sülh dövründə hökumətsiz ən uzun müddət” kateqoriyasında Ginnesin Rekordlar Kitabına düşüb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

25 Dekabr 2024