• Bakı 20° C

    3.57 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

İranla nüvə məsələsində razılaşma çətinləşir - Borrel

DÜNYA

05 Fevral 2023 | 17:30

İranla nüvə məsələsində razılaşma çətinləşir - Borrel

Hazırda İranın bir sıra məsələlərlə bağlı mövqeyi bu ölkənin nüvə proqramına dair razılaşma əldə edilməsini mürəkkəbləşdirir.

Bakıvaxtı.az xəbər verir ki, bunu İspaniyanın “El País” qəzetinə müsahibəsində Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell bildirib.

Cozep Borrell deyib ki, İranın nüvə proqramına dair razılaşma yaxşı reallaşırdı, ABŞ razılaşmadan çıxdı: “Daha sonra İranın ortaya qoyduğu mövqe hər hanı razılaşmanın əldə edilməsini çətinləşdirir. Ölkə daxilində xüsusən qadınlarla bağlı hərəkatın boğulması, edam hökmünün tətbiqi, inkar etsələr də, Rusiyaya silah tədarükü və digər məsələlər səbəbindən nüvə razılaşmasının əldə olunması mürəkkəbdir. Hazırda nüvə razılaşması dondurulub. Mən razılaşmanın qorunmasına cəhd etməliyəm”.


SON XƏBƏRLƏR

23 Aprel 2024