• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

İraq hərbçiləri 9 İŞİD-ini məhv etdi

DÜNYA

30 Yanvar 2022 | 03:30 | Müəllif: Qalib İbrahimoğlu

İraq hərbçiləri 9 İŞİD-ini məhv etdi

İraqın hərbi qüvvələri Diyala əyalətinin şərqində İŞİD terror qruplaşmasının sığınacağına hava zərbəsi endirib.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, bu barədə respublikanın təhlükəsizlik qüvvələrinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Məlumatda qeyd edilir ki, zərbə nəticəsində İŞİD-in 9 terrorçusu məhv edilib. Onların hamısının İraq hərbçilərinə qarşı son hücumda əli olduğu iddia edilir.

Xatırladaq ki, hadisə yanvarın 21-də baş verib. “SHAFAQ News” xəbər portalı İŞİD qruplaşmasının Diyala vilayətinin Əl-Əzim rayonunun qərbindəki ordu obyektlərindən birinə hücumu barədə məlumat yayıb. Hücum nəticəsində 11 əsgər həlak olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR