Ermənistan polisinin xüsusi təyinatlı qüvvələri bu gün səhər keçmiş prezident Robert Köçəryanın "Ermənistan" seçkiqabağı blokuna daxil olan Daşnaksütyun partiyasının gənclər təşkilatının 10-a yaxın nümayəndəsini həbs edib.
Bakıvaxtı.az erməni KİV-ə istinadən xəbər verir ki, gənc aktivistlər Nikol Paşinyana qarşı etiraz aksiyası keçiriblər.
"Dağlıq Qarabağdakı döyüş əməliyyatları zamanı Nikol Paşinyanın bütün xəyanətlərini təqdim etmək istədik. Bundan sonra baş verənlər absurddur. Dinc şəkildə etiraz etdik, amma polislər yoldaşlarımızı həbs etməyə başladılar. Onlar müharibə zamanı vətənləri uğrunda vuruşublar ",- blokun nümayəndələrindən biri, millət vəkilliyinə namizəd Kristina Vardanyan bildirib .
















