• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İşbazların “dərman bazarı”: 1 manatlıq “Adrenalin” 100-150 manata satılır

CƏMİYYƏT

13 Oktyabr 2022 | 15:49 | Müəllif: Qalib İbrahimoğlu

İşbazların “dərman bazarı”: 1 manatlıq “Adrenalin” 100-150 manata satılır

“Son günlər bəzi dərman preparatlarının tapılmaması və yaxud xəstəxanalarda çatışmazlığı ilə əlaqədar həm həkimlər, həm, ictimaiyyət arasında, həm də Milli Məclisdə müzakirələr gedir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov ölkədə yaşanan dərman qıtlığı ilə bağlı danışarkən bildirib.

Onun sözlərinə görə, Azərbaycanda dərman çatışmazlığının əsas səbəbi Rusiya-Ukrayna müharibəsidir: “Müharibə xüsusilə Ukrayna istehsalı olan, uzun illər Azərbaycan daxil olmaqla MDB ölkələrinin çoxunun Sovet dönəmindən bu yana istifadə etdiyi preparat və formalkoloji maddələrə əlçatanlıqlda əngəllər yaradır. Buna adekvat şəkildə bəzən alternativ ölkələrdə bu dərman vasitələrini əldə etmək mümkün olsa da, amma yeni dərmanın ölkədə sənədləşdirilməsi, ona lisenziyanın alınması uzun müddət alır”.

R.Mahmudov qeyd edib ki, bu müddət ərzində belə sıxıntıların yaşanması da labüd olur: “Bununla əlaqədar, Milli Məclisin plenar və həmçinin Səhiyyə komitəsinin iclasında müzakirələr aparılıb. Dəfələrlə farmaseptik beynəlxalq təşkilatların müraciətlərinə əsasən, ölkəmiz dərman preparatlarının qeydiyyata alınmasının çevikliyi ilə bağlı vaxtaşırı aidiyyatı qurumlarla müzakirələr aparılır. Əminəm ki, beynəlxalq təşkilatlarla birlikdə aidiyyatı qurumlar daha sürətli, təhlükəsiz bir şəkildə işlər görəcək. Yəqin ki, yaxın bir zamanda biz bunun nəticəsini görəcəyik”.

Qeyd edək ki, bu problem Milli Məclisin dünki plenar iclasında da müzakirə olunub. Deputat Rüfət Quliyevin sözlərinə görə, bir aydan çoxdur ki, “Adrenalin” adında dərman yoxdur: “Bu gün onlarla cərrahiyyə əməliyyatı dayandırılıb. Bu gün hansısa işbazlar 1 manatlıq olan bu dərmanı 100-150 manata satırlar. İkincisi, qlükoza və hidrogen xlorofil fizioloji məhlul dərmanı tapılmır. Çünki bunlar ölkəmizə Ukraynadan gəlir”.

Deputat bu dərmanların Türkiyədə rahat satıldığıa diqqət çəkərək, qeyd edib ki, bir ay əvvəl Türkiyədə satılan dərmanların Azərbaycana da gətirilməsi barədə fikir olub: “Bu problem təcili aradan qaldırılmalıdır. “Adrenalin" dərmanına görə bu gün həkimlər cərrahi əməliyyat həyata keçirə bilmir. Bu problemin həllini uzatmaq lazım deyil”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026