• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İsrail 15 ildən sonra Türkiyəyə uçuşları bərpa edəcək

DÜNYA

04 Iyul 2022 | 20:24 | Müəllif: Subhan Mahmudov

İsrail 15 ildən sonra Türkiyəyə uçuşları bərpa edəcək

Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşmasının nəticəsi olaraq 15 illik fasilədən sonra İsrail aviaşirkətləri Türkiyə ərazisinə müntəzəm uçuşları bərpa edə bilər. Bundan əlavə, Təl-Əviv və Ankara mülki aviasiya sahəsində əməkdaşlığı bərpa edəcəklər.

Bakıvaxtı.az türk mətbuatına istinadən xəvər verir ki, İsrail və Türkiyə tərəfləri arasında iyulun 4-də keçiriləcək danışıqlarda müntəzəm uçuşların tezliyinin artırılması və sərnişinlərin təhlükəsizliyi məsələlərinin həlli də müzakirə olunacaq.

Xatırladaq ki, İsrail aviaşirkətləri 2007-ci ildən Türkiyəyə uçuşlar həyata keçirmir, bütün bu müddət ərzində iki ölkə arasında hava nəqliyyatı yalnız Türkiyə tərəfdən həyata keçirilirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026