• Bakı 25° C

    0.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

İsrail 40 gün ərzində Livanla atəşkəsi392 dəfə pozub

DÜNYA

06 Yanvar 2025 | 13:15 | Müəllif: Əli Hüseynov

İsrail 40 gün ərzində Livanla atəşkəsi 392 dəfə pozub

İsrail 40 gün ərzində Livanla atəşkəs rejimini 392 dəfə pozub.

Bakıvaxtı.az xarici mediaya istinadla İsrailin 27 noyabrdan bəri törətdiyi qanun pozuntuları nəticəsində 33 nəfər ölüb, 37 nəfər yaralanıb. 

NNA xəbər agentliyinin məlumatına görə, soyqırım törədən İsrail ordusu Livanın cənubundakı Sur və Nəbatiyədə atəşkəsin 40-cı günündə müharibə cinayətləri törədib. 

İsrail ordusu, o cümlədən, Dihayra və Tayr Haraf qəsəbələrini hədəf alıb. Taybe qəsəbəsində orta və ağır çaplı silahlardan atəş açıb və qəsəbədə partlayış səsləri eşidilib.

Xatırladaq ki, Livan ilə qatil İsrail arasında əldə olunan atəşkəs razılaşması ötən ilin 27 noyabr tarixində  qüvvəyə minib.

Əli Hüseynov

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026