İsrail Azərbaycana yeni tibbi avadanlıqlar bağışlayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik tviter hesabında yazıb.
“Biz Azərbaycanın müxtəlif bölgələrində yerləşən xəstəxanalarına 1 tondan çox tibbi avadanlıq bağışlamışıq. Çünki İsrail və Azərbaycan dostdur və biz bir-birimiz üçün ən yaxşısını istəyirik”, - diplomat bildirib.
















