Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsində köçkünlərin sığındığı məktəbə İsrail ordusunun hücumu olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qəzzadakı hökumət media ofisi “Telegram” hesabında nildirib.
Məlumata görə, hücuç nəticəsində 39 nəfər ölüb, onlarla insan yaralanıb.
Həyatını itirən 39 nəfər cənazəsi Aksa Şəhidlər Xəstəxanasına aparılıb.
Ölən və yaralıların xəstəxanaya çatdırılmasının davam etdiyi bildirilir.
Günel Abbas
















