• Bakı 23° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9753

    RUB - 2.1795

İsrail qoşunlarını Suriya sərhədinə cəmləşdirir - YENİLƏNİB

DÜNYA

16 Iyul 2025 | 14:53

İsrail qoşunlarını Suriya sərhədinə cəmləşdirir - YENİLƏNİB

İsrail Müdafiə Qüvvələri (IDF) Suriya ilə sərhədi qanunsuz keçməyə çalışan druzlara qarşı gözyaşardıcı qaz tətbiq edir.

Bakıvaxtı.az “The Times of Israel”ə istinadən xəbər verir ki, hərbçilər nümayişləri dağıtmaq üçün nəzərdə tutulan vasitələrdən istifadə edərək vəziyyəti nəzarətə götürməyə çalışırlar.

Nəşrin məlumatına görə, onlarla mülki druz Suriya ordusunun hücumlarından zərər çəkmiş soydaşlarına kömək etmək üçün bu ölkəyə getmək məqsədilə sərhəd maneəsini yarmağa çalışır.

***

14:35

İsrail Müdafiə Ordusu (IDF) yeni eskalasiya dalğası ilə əlaqədar Suriya sərhədinə daha çox qoşun cəmləşdirir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Qüvvələrin tərkibinə sərhəd polisinin dörd rotası daxildir.

Qeyd olunub ki, bu addım Suriyanın cənubunda əsasən druzların yaşadığı Əs-Süveyda şəhərində baş verən qanlı toqquşmalar fonunda, həmçinin İsraildə yaşayan druzların etiraz əlaməti olaraq qısa müddətə Suriya sərhədini keçməsindən sonra atılıb.

"İsrail Müdafiə Ordusu İsrail vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün müdafiə və hücum əməliyyatlarını davam etdirəcək", - hərbçilər əlavə ediblər.

Öz növbəsində, “The Times of Israel” qəzeti xəbər verir ki, İsraildən olan onlarla druz Suriya ərazisinə keçərək, ölkə qoşunlarının etnik azlığa qarşı törətdiyi qırğına etiraz ediblər.


SON XƏBƏRLƏR