• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İsraili dəstəkləyənlər bu səsi eşitməlidir - Ərdoğan

DÜNYA

11 Noyabr 2023 | 16:45 | Müəllif: Subhan Mahmudov

İsraili dəstəkləyənlər bu səsi eşitməlidir - Ərdoğan

36 gündür ki, mülki əhali birbaşa hədəfə alınıb. Qəzzada xəstəxanaların, məktəblərin və qaçqın düşərgələrinin bombalandığı, dinc əhalinin kütləvi şəkildə qətlə yetirildiyi tarixdə görünməmiş barbarlıqla qarşılaşırıq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ər-Riyadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qəzza zolağındakı vəziyyəti müzakirə etmək üçün növbədənkənar sammitində çıxışı zamanı deyib.

“Qəzzada zülm qarşısında susanlar da zalımlar qədər qana şərikdirlər. Hər zaman insan hüquq və azadlıqlarından danışan Qərb ölkələrinin Fələstində davam edən qırğınlar qarşısında susması utancvericidir. Qərbin münasibəti acizlik və qorxaqlıqdır. İsraili dəstəkləyən ölkələr meydanların səsini eşitməlidir”, - Ərdoğan bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026