İstanbul Hava Limanında bütün uçuşlar yanvarın 26-sı saat 00:00-a qədər dayandırılıb.
Bakıvaxtı.az-ın bu barədə "Haber Global"a istinadla bildirir.
Məlumata görə, bu barədə THY qərar verib.
Qeyd edək ki, şiddətli qar yağması səbəbindən İstanbul Hava Limanında dünən saat 14.00-dan etibarən uçuşlar dayandırılıb.
Ramid İbrahimov
















