Ukrayna Ordusu Rusiyanın 6 hərbi təyyarəsini məhv edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Quru Qoşunlarının mətbuat xidməti Facebook-da yazıb.
Hadisənin Kramatorsk şəhəri istiqamətində baş verdiyi qeyd olunub.
*** 10:30
Ukrayna Ordusu Rusiyanın 5 təyyarəsi və bir helikopterini vurub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin "Facebook" səhifəsində məlumat yayılıb.
Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının Silahlı Qüvvələrinə layiqli cavab verir.
















