• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Rusiya artıq Kiyevi tutmaq istəmir” - Plan DƏYİŞDİ

DÜNYA

26 Mart 2022 | 10:19 | Müəllif: Subhan Mahmudov

“Rusiya artıq Kiyevi tutmaq istəmir” - Plan DƏYİŞDİ

Rusiya hücum əməliyyatlarının uğursuzluğuna görə Kiyevə hücum etməkdənsə, əsas diqqətini Ukraynanın şərqini ələ keçirməyə yönəldəcək.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin yüksəkvəzifəli nümayəndəsi bildirib.

Rusiya qüvvələri Ukrayna Prezident Ofisi ilə danışıqlar zamanı təsir rıçaqlarına sahib olmaq üçün Ukrayna Ordusunu Donbasdan kəsməyə çalışacaq.

Onun sözlərinə görə, ABŞ Rusiya qüvvələrinin Donbas bölgəsində daha aqressivləşdiyini müşahidə edir:

"Onlar, şübhəsiz ki, bunu özlərinə prioritet ediblər".

Qeyd edək ki, Rusiya qoşunları Kiyev yaxınlığında ilişib və müdafiə mövqelərinə keçiblər. Eyni zamanda, Ukrayna Ordusu tədricən Çerniqov istiqamətində irəliləyir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026