• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

“İstanbulspor” cəzalandırıldı

DÜNYA

24 Dekabr 2023 | 23:40 | Müəllif: Subhan Mahmudov

“İstanbulspor” cəzalandırıldı

Türkiyə Super Liqasının XVII turunda keçirilən “İstanbulspor” – “Trabzonspor” matçında baş verən qalmaqalla bağlı qərar verilib.

Bakıvaxtı.az xəbər verir ki, oyunun 73-cü dəqiqəsində, hesab 1:1 olarkən İstanbul klubunun prezidenti Ecmel Faik Sarıalioğlu hakim idarəçiliyinə etiraz edərək komandanı meydandan çıxarıb.

Türkiyə Futbol Federasiyasının çıxardığı qərara əsasən, “İstanbulspor”un üç xalı silinib və komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub prezidenti Ecmel Faik Sarıalioğlu üç aylıq futboldan uzaqlaşdırırlıb. O, 780 min lirə (45 474 manat) cərimə də edilib.

Həmçinin, azarkeşlərin davranışına görə "İstanbulspor" növbəti ev oyununu boş tribunalar qarşısında keçirməli olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026