Yay aylarında havanın temperaturunun yüksəlməsi ilə insanların çoxu üçün yatmaq çətinləşə bilər. Bəs isti havada necə rahat yata bilərik?
Bakıvaxtı.az isti hava şəraitində rahat yatmağın 6 yolunu araşdırıb sizə təqdim edir.
Duş qəbul etmək.
Yatmazdan əvvəl ilıq duş sizi rahatladır. Beləliklə, bədən istiliyinizi tarazlaya və fasiləsiz yuxuya sahib ola bilərsiniz.
Otağınızı sərin saxlayın və yastığınızın materialına diqqət edin.
Otağınızın sərin olması gecə yatmağınızı asanlaşdıracaq. Odur ki, yataq otağınızı günəşdən qoruyun, yatmazdan əvvəl pəncərələri açın və sərinlik təmin edin. Bundan əlavə, çarpayınızda istifadə etdiyiniz örtünün nazik və pambıq olmasına diqqət edin.
Gün ərzində kifayət qədər su istehlak edin.
Gün ərzində kifayət qədər su içmək bədən istiliyinizi tarazlıqda saxlayacaq. Bu, gecələr yuxuya getməyinizə və tərləmənizin qarşısını almağa kömək edəcək.
Yuxu rejminə diqqət.
İsti hava səbəbindən gün ərzində enerjiniz az ola bilər. Bu sizi yuxuya meylli edəcək. Bununla belə, yuxunuz bütün gecə fasiləsiz davam edə bilməsi üçün gündüz yatmaqdan çəkinməlisiniz.
Yata bilməsəniz belə sakit qalın.
Yata bilmirsinizsə, özünüzü sakitləşdirmək üçün fəaliyyətlər edə bilərsiniz. Siz oxuya, yaza və ya xəyal qura bilərsiniz. Ancaq telefon, planşet kimi elektron cihazlardan uzaq durun, çünki mavi işıq diqqətinizi yayındıracaq.
Kondisoner və ya sərinkeşlə otağı havalandırın.
Digər tərəfdən yataq otağınızın ölçüsünə uyğun olan kondisioner rütubət və temperatur balansı üçün işinizi asanlaşdıracaq. Normadan artıq istifadəsi fəsadlara yol aça bilər. Bu səbəbdən nəzarətdə saxlamaqla otağı havalandırmaq olar.
Xəyalə Rza
















