"Son zamanlar havaların qeyri-stabil keçməsi boğaz ağrısı və qrip kimi keçici xəstəliklərin sürətlə yayılmasına gətirib çıxarır".
Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında terapevt Həbib Sahratov deyib.
Terapevtin sözlərinə görə, insanlar havanın bir gün isti, bir gün soyuq keçməsinə aldanırlar. May ayı da adətən isti keçdiyi üçün insanlar daha tez yay geyimlərinə keçiblər:
"Bu da istər-istəməz insanların soyuqlamasına gətirib çıxarır. Belə ki, immunitet zəifləyir və yoluxucu xəstəliklərə tutulma risqi artır”.
Müsahibimiz qeyd edib ki, bu kimi infeksiyalar xronik xəstəlikləri olan insanlar üçün daha təhlükəlidir:
“Belə xəstəliklər insanların dərman qəbuluna səbəb olur. Məsləhətim odur ki, hər birimiz hava şəraitinə uyğun geyinək”,
.jpg)
Həbib Sahratov: İnsanlar havanın bir gün isti, bir gün soyuq keçməsinə aldanırlar
H.Sahratov sonda qeyd edib ki, may ayının sonunadək hava şəraiti belə dəyişkən davam edəcək:
“Bu səbəbdən insanların diqqətli olmaları və daha gec yay geyimlərinə keçmələri tövsiyə olunur”.
Fidan Səfərova
BDU-nun tələbəsi
Bakıvaxtı.az
















