• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

İstifadə üçün yararsız çimərliklər AÇIQLANDI

CƏMİYYƏT

01 Iyun 2021 | 16:24

İstifadə üçün yararsız çimərliklər AÇIQLANDI

“May ayının 17-dən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Səhiyyə Nazirliyinin Gigiyeniya və Epdimologiya Mərkəzi ilə birlikdə Xəzər dənizinin çimərlik ərazilərində monitorinqlərə başlayıb”. 

Bakıvaxtı.az-ın məlumatına görə, bunu ETSN-nin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəis əvəzi Nazim Mahmudov bildirib.

O deyib ki, ilkin nəticələrə görə, Qaradağ rayonunda Sahil, Səbail rayonunda Şıx, Suraxanı rayonunda Hövsan, Xəzər rayonunda isə Türkan çimərliyində insanların çimməsi tövsiyə edilmir:

“Burada həddən artık çirklənmələr mövcuddur”.

N.Mahmudov əlavə edib ki, Novxanı qəsəbəsi, Sabunçu, Nardaran və Zağulba ərazisindəki çimərlik istifadəyə yararlıdır:

“Digər ərazilərdə isə monitorinqlər davam etdirilir”.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026