• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İsveç və Danimarkada rekord inflyasiya göstəriciləri qeydə alındı

DÜNYA

14 Iyun 2022 | 11:39

İsveç və Danimarkada rekord inflyasiya göstəriciləri qeydə alındı

İsveçdə 7,2%-lik inflyasiya qeydə alınıb, bu isə 1991-ci ildən sonra ən yüksək göstəricidir.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Krallığın Statistika İdarəsinin məlumatında deyilir.

Məlumata görə, bu ilin aprelindən inflyasiya səviyyəsi 1% artıb. Qiymət artımının, ilk növbədə, elektrik enerjisi, yanacaq, ərzaq məhsulları və yüngül sənaye mallarına təsir etdiyi bildirilir. Ekspertlər bunu enerjidaşıyıcılarının qiymətlərinin artması ilə əlaqələndirirlər.

Danimarkada da rekord səviyyədə - 7,4%-lik inflyasiya qeydə alınıb. Buna Danimarkanın Rusiyadan təbii qazı rublla almaqdan imtina etməsi və nəticədə elektrik enerjisi, yanacaq, ərzaq məhsullarının qiymətlərinin artması səbəb olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR