• Bakı 11° C

    12.08 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

ABŞ hipersəs raketin sınağını keçirdi

DÜNYA

14 Iyul 2022 | 10:53

ABŞ hipersəs raketin sınağını keçirdi

ABŞ səsdən iti uçan (hipersəs) “AGM-183A ARRW” (“Air-Launched Rapid Response Weapon”) raketini uğurla sınaqdan keçirib.

Bakıvaxtı.az “dw”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin mətbuat xidməti bildirib.

ARRW tipli raket hədəfi dəqiq vurmaq sisteminə malikdir. O, yaxşı müdafiə olunan yerüstü hədəfə dəqiq zərbə endirir.

“Biz bir sıra gücləndirici sınaqları tamamladıq və bütün kompleksin sınaqlarını bu ilin sonunda keçməyə hazırıq” - deyə, ABŞ Silahlı Qüvvələri Silahlanma İdarəsinin icraçı direktoru briqada generalı Hit Kollinz raket sınağından sonra açıqlayıb.

ABŞ hərbi rəsmiləri Rusiyanın Ukrayna ərazisində hərbi əməliyyatlar zamanı hipersəs raketlərindən istifadə etdiyini, eləcə də Çinin belə raketlərləri sınaqdan keçirdiyini iddia etmişdi. Çin Xarici İşlər Nazirliyi 2021-ci ilin oktyabrında belə sınaqlarla bağlı xəbərləri təkzib edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026