• Bakı 19° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

"Ukrayna Xarkovda bəzi uğurlar əldə edib" - ABŞ Müdafiə Nazirliyi

DÜNYA

13 Avqust 2022 | 09:48

Ukrayna Xarkovda bəzi uğurlar əldə edib - ABŞ Müdafiə Nazirliyi

“Şimaldakı Ukrayna qüvvələri bəzi ərazilərdə, o cümlədən Xarkovda müəyyən uğurlar əldə ediblər. Xersonda Ukrayna qüvvələri Rusiya qoşunlarına qarşı sərt təzyiqləri davam etdirir. Buna misal olaraq Rusiya qüvvələrinin istifadə etdiyi körpülərin dağıdılmasını göstərə bilərik”.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) adını açıqlamayan yüksək rütbəli rəsmisi bildirib.

“Biz avqustun 9-da baş vermiş partlayışın səbəbini bilmirik. Amma aydın olan odur ki, Ukraynaya hücum üçün istifadə edilən Rusiya təyyarələri və hərbi sursatlarına ciddi ziyan dəyib. Ukraynanın şərqindəki Zaporojye Atom Elektrik Stansiyası hazırda Rusiyanın nəzarətindədir. Beynəlxalq Atom Enerjisi Agentliyinin qənaətinə görə, nüvə təhlükəsizliyinə birbaşa təhlükə yoxdur. Lakin durum dəyişə bilər”, - Pentaqon rəsmisi söyləyib.

Rəsmi qeyd edib ki, Rusiya Ukrayna ərazisini fərq qoymadan atəşə tutmaqda davam edir. Nəticədə mülki şəxslər arasında xeyli ölən var.


SON XƏBƏRLƏR

26 Aprel 2024