• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“ABŞ İrana qarşı güc tətbiq etməyə hazırdır”

DÜNYA

14 Iyul 2022 | 09:35

“ABŞ İrana qarşı güc tətbiq etməyə hazırdır”

Vaşinqton İrana nüvə silahı əldə etməyə imkan verməyəcək. Birləşmiş Ştatlar güc tətbiq etməyə və Tehranı dayandırmağa hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden İsraildə olarkən bəyan edib.

Jurnalist Amerika tərəfinin İrana qarşı güc tətbiq edə biləcəyini soruşub.

“Son vasitə olaraq, bəli”, deyə prezident cavab verib. “İran nüvə silahı əldə etməməlidir”, - o, əlavə edib.

Bayden ABŞ-ın keçmiş prezidenti Donald Tramp administrasiyasının İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planından çıxmaq qərarının “nəhəng səhv” adlandırıb.

“Onlar indi nüvə silahlarına əvvəlkindən daha yaxındırlar”, - deyə dövlət başçısı vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026