• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

İsveçdə kütləvi iğtişaşlar davam edir - FOTOLAR

DÜNYA

17 Aprel 2022 | 22:53

İsveçdə kütləvi iğtişaşlar davam edir - FOTOLAR

İsveçin bir neçə şəhərində antiislam aksiyasına cavab olaraq kütləvi iğtişaşlar üç gündür davam edir.

Bakıvaxtı.az xəbər verir ki, danimarkalı ekstremist sağçı partiya “Ştram Kurs”un rəhbəri Rasmus Paludanın Quranı yandırması bir neçə şəhərdə etirazlarla qarşılanıb. Etiraz edənlər Norrşöpinq, Linşöpinq, paytaxt Stokholm və Örebro şəhərlərinin küçələrinə toplaşıblar. Aksiyalar polislə kütləvi toqquşmalar ilə müşayiət olunub. Hətta etirazçılardan biri avtomobili çevik qüvvələrin üzərinə sürüb. Sürücü həbs edilib və qəsdən adam öldürməyə cəhd maddəsi ilə mühakimə olunacaq.

Malmödə etirazçılar təkər və yol kənarında olan müxtəlif avtomobilləri və bir avtobusu yandırıb.

Norşöpinq şəhərində bazar günü toqquşmalarda daş-qalaq olunan polis qüvvələri rezin güllələr ilə etirazçılara atəş açıb. Hadisə nəticəsində azı üç nəfər aksiyaçının xəsarət aldığı deyilir, bir nəfər isə ayağından güllə yarası ilə xəstəxanaya çatdırılıb.

Üç gün davam edən iğtişaşlar nəticəsində, onlarca polis əməkdaşının xəsarət aldığı bildirilir, bir neçə aksiyaçı da saxlanılıb.


İsveçdə kütləvi iğtişaşlar davam edir - FOTOLARİsveçdə kütləvi iğtişaşlar davam edir - FOTOLARİsveçdə kütləvi iğtişaşlar davam edir - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026