• Bakı 11° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bayden Ağ Evdə İsveç və Finlandiya liderlərini qəbul edəcək

DÜNYA

17 May 2022 | 19:18

Bayden Ağ Evdə İsveç və Finlandiya liderlərini qəbul edəcək

ABŞ Prezidenti Co Bayden mayın 19-da Ağ Evdə İsveçin Baş naziri Maqdalena Anderssonu və Finlandiya Prezidenti Sauli Niinistönu qəbul edəcək.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Ağ Evin sözçüsü Karin Jan-Pyer açıqlama yayıb.

Liderlərin İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciəti və Avropanın təhlükəsizliyi haqda danışacaqlarına işarə edən sözçü ölkələr arasında tərəfdaşlığın gücləndirilməsi və Ukraynaya dəstək məsələlərinin də müzakirə olunacağını bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026