• Bakı 17° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Miqrant qayığında 8 cəsəd tapıldı

DÜNYA

03 Fevral 2023 | 16:44

Miqrant qayığında 8 cəsəd tapıldı

İtaliyanın Lampeduza adası yaxınlığında miqrant qayığından 8 nəfərin cəsədi çıxarılıb.

Bakıvaxtı.az-ın xarici mətbuata istinadən məlumatına görə, qaçqınların aclıqdan və soyuqdan ölmüş ola biləcəyi bildirilib.

İtaliya Daxili İşlər Nazirliyinin məlumatına görə, 2022-ci ildə dəniz yolu ilə İtaliyaya 105 140 miqrant gəlib. Birləşmiş Millətlər Təşkilatı bildirir ki, 2022-ci ildə təxminən 1400 miqrant Mərkəzi Aralıq dənizini keçməyə cəhd edərkən həyatını itirib. Xüsusilə Liviya və Tunisdən yola düşən miqrantlar Aralıq dənizi vasitəsilə İtaliyaya və Avropanın digər bölgələrinə çatmağa çalışırlar.

İtaliyanın Şimali Afrikaya ən yaxın quru hissəsi olan Lampeduza adası, Aralıq dənizini keçən immiqrantların ilk dayanacağıdır.

Nuranə


SON XƏBƏRLƏR