• Bakı C

    3.26 m/s

  • USD - 1.7

    EUR - 1.8517

    RUB - 0.0242

İtdən qorxan 13 yaşlı qız öldü

HADİSƏ

01 Dekabr 2022 | 11:57

İtdən qorxan 13 yaşlı qız öldü

Qubada itin hücumuna məruz qalan yeniyetmə qız vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun İkinci Nügədi kəndində baş verib. Bir neçə gün əvvəl kənd ərazisində it 2009-cu il təvəllüdlü Gültəkin Orucovanın üstünə hücum edib. Hadisə qızın yaşadığı evin həyətində baş verib. Küçə itləri həmin gün həyətə daxil olub. 

Həmin hadisə zamanı it qızı qapmasa da, yeniyetmə ağır dərəcədə qorxub. Bildirilir ki, qız bundan sonra gizli xəstəlik keçirib və hadisədən sonra səhhəti kəskin pisləşib. O, əvvəlcə Qubadakı xəstəxanaya çatdırılıb, daha sonra Bakıya gətirilib və ötən gün paytaxtdakı tibb müəssisəsində vəfat edib.

Qeyd edək ki, G.Orucova İkinci Nügədi kənd 1 saylı orta məktəbin 8-ci sinif şagirdi olub.  /Qafqazinfo
 


SON XƏBƏRLƏR

03 Fevral 2023