• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İtlərin yaydığı yeni koronavirus TƏHLÜKƏSİ

GÜNDƏM

22 May 2021 | 09:25

İtlərin yaydığı yeni koronavirus TƏHLÜKƏSİ

ABŞ və Malayziyadan olan alimlər itlərdən insana keçən koronavirus aşkar ediblər.

Bakıvaxtı.az məlumat verir ki, koronavirusun bu növünə əvvəllər rast gəlinməyib.

2018-ci ildə alimlər Malayziyada sətəlcəmdən müalicə alan 300-dən çox xəstənin burnundan yaxma götürərək analiz ediblər.

Onların yeddisi uşaq olmaqla, səkkizində əvvəllər aşkarlanmamış koronavirus tapılıb.

Alimlər onu CCoV-HuPn-2018 adlandırıblar.

Yayımlanmış tədqiqatda qeyd edilir ki, əvvəllər yalnız itlərə yoluxan CCoV-HuPn-2018 insanlara keçməyə başlayıb.

Virusun insandan insana keçə biləcəyi və insan immunitetinin bunun öhdəsindən necə gələcəyi hələ məlum deyil.

Əgər epidemioloji tədqiqatlar təsdiq edilsə, bu artıq insanların xəstələnməsinə səbəb olan səkkizinci koronavirus olcaq.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026