• Bakı 10° C

    0.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İvanişvili: Hamını seçkiyə getməyə çağırıram

DÜNYA

26 Oktyabr 2024 | 12:23

İvanişvili: Hamını seçkiyə getməyə çağırıram

Seçicilər çox sadə seçim etməlidirlər - ya xalqın, ölkənin qeydinə qalanlara, ya da xaricdən verilən tapşırıqları yerinə yetirən agentlərə səs verməlidirlər.

Bakıvaxtı.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili deyib.

“Mən cəmiyyəti seçkiyə getməyə çağırmaq istəyirəm. Çox sadə seçim etmək lazımdır - ya biz sizə, gürcü xalqına, Gürcüstan cəmiyyətinə, vətənimizə xidmət edəcək, ölkənin qayğısına qalacaq bir hökumət, ya da başqa ölkənin tapşırıqlarını icra edəcək xarici agentlər seçirik”, - o, səsvermədən sonra bildirib.

B.İvanişvilinin sözlərinə görə, budəfəki seçkilər onunla fərqlənir ki, bəzi qüvvələr Gürcüstanı müharibəyə sürükləməkdə maraqlıdır. "Agentura" qalib gəlsə, dərhal "müvafiq tapşırıq" alacaq.

“Biz bu seçkilərlə siyasəti kriminaldan azad etməyi, bu cür antaqonizmin, nifrət dilinin, qütbləşmənin olmayacağı keyfiyyətcə yeni cəmiyyətə malik olmağı bacarmalıyıq”, - o əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026