Hazırda 2 nömrəli Baza Tibb kolleci üzrə 6 ixtisasda təhsil alırlar.
Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin Tədris işləri üzrə böyük mütəxəssisi Xanım Məmmədova deyib.
Bildirib ki, bu 6 ixtisasa mamalıq, tibb bacısı/qardaşı, ortopedik stomatologiya, əczaçılıq, laboratoriya və tibbi profilaktika daxildir.
Onun sözlərinə görə, 6 ixtisasdan 4 ixtisas üzrə müraciət olunur ki, bunlar mamalıq, tibb bacısı/ qardaşının işi, əczaçılıq və ortopedik stomatologiyadır.
X.Məmmədova qeyd edib ki, hazırda 2024-2025-ci tədris ili üzrə əlavə təhsillə qeydiyyat aktivləşdirilib.
Qeydiyyat prosesi 1 ay müddətində- 15 iyun saat 09:00-dan 15 iyula qədər olacaq
Əcnəbi vətəndaşların qeydiyyatı iyunun 15-dən sentyabrın 15-dək aparılacaq.
“Qeydiyyat bitdikdən sonra müsahibənin zamanı sms göndərilərək müsahibəyə çağrılacaqlar”.
Xanım Məmmədova bakalavr təhsili olanlar üçün qeydiyyat 15 iyundan 15 iyula qədər olacaq
Mina Mikayılova




jpg-1720175828.webp)











