• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Jurnalistlər binası"nın qarşısındakı işıqfor problemi aradan qaldırılacaq

CƏMİYYƏT

16 Avqust 2024 | 12:49 | Müəllif: Əli Hüseynov

"Jurnalistlər binası"nın qarşısındakı işıqfor problemi aradan qaldırılacaq

Səbail rayonu, Yeni Salyan yolu-22 ünvanında (jurnalistlər üçün inşa edilmiş binaların yaxınlığında) yolda olan işıqforun işləməsi ilə bağlı bəzi hallarda texniki problem yaranır.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirib.

Məlumata görə, problemin yaranmasına səbəb işıqforun özündə yox, ona verilən elektrik mənbəyi ilə bağlıdır.

Qeyd olunub ki, bir neçə ilə əvvəl binada yaşayan sakinlərin müraciəti əsasında yola işıqfor qoyulub: Həmin vaxt ərazidə mövcud infrastruktur (eleketrik xətti) olmadığından işıqfora binanın ümumi elektrik xəttindən enerji verilməsi təmin edilib.

Məlumata görə, hazırda binanın həyətində olan mövcud işıqlanma sistemində bəzi hallarda qısaqapanmaların olması ümumi elektrik mənbəyi xəttinə təsir göstərir və bu səbəbdən yolda olan işıqforın işində problem yaranır.

"Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən binanın elektrik mənbəyində olan problemin aradan qaldırılması, ümumilikdə alternativ olaraq elektrik xəttinin çəkilməsi istiqamətində işlər görülür. İşlərin qısa müddətdə tamamlanması nəzərdə tutulub”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026