• Bakı 17° C

    7.39 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Kaka millimizlə oyun üçün heyəti AÇIQLADI

İDMAN

29 Sentyabr 2023 | 17:48

Kaka millimizlə oyun üçün heyəti AÇIQLADI

DÇ-2024-ün elit-raundunda Azərbaycanın futzal millisinə qarşı iki oyun keçirəcək Qazaxıstan yığmasının heyəti bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, baş məşqçi Rikardo Kaka 16 oyunçuya dəvət göndərib.

Qapıçılar: İqita, Narun Serikov (hər ikisi “Kayrat”), Kanat Jetkirbaev (“Aktobe”)

Oyunçular: Duqlas, Edson, Birjan Orozov, Dauren Tursaqulov, Albert Akbalıkov (hamısı “Kayrat”), Çingiz Yesenamanov, Rayımbek Juma, Akjol Daryabai (hamısı “Semey”), Azat Valiullin, Rəsul Abdumanapuli (hər ikisi “Ayat”), Arnold Knaub (“Jetisu”), Oljas Taybasarov (“Astana”), Leo (“Joinville”, Braziliya).

Qeyd edək ki, bu komandalar arasında ilk görüş oktyabrın 6-da, saat 20:00-da Bakı İdman Sarayında keçiriləcək. Növbəti matç isə beş gün sonra Astanada gerçəkləşəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026