• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Turan Tovuz"  "Kəpəz"i darmadağın etdi

İDMAN

28 Oktyabr 2023 | 20:57

"Turan Tovuz" "Kəpəz"i darmadağın etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Qərb derbisində "Turan Tovuz" "Kəpəz"i qəbul edib.

Tovuz şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə bitib. Qolları 45-ci dəqiqədə Otto Con, 54-cü dəqiqədə Roderik Miller, 58-ci dəqiqədə Sertan Taşkın, 67-ci dəqiqədə Luis Paçu vurub.

Bu nəticədən sonra xallarının sayını 15-ə çatdıran Tovuz klubu beşinci sırada "Neftçi"yə çatıb. Gəncə təmsilçisi isə 6 xalla sonuncu - 10-cu yerdədir.

Qeyd edək ki, günün ilk görüşündə "Zirə" "Səbail"lə heç-heçə edib - 2:2. XI turun qalan oyunları 29-30 oktyabrda baş tutacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026