• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Kamran Əliyev Qarabağdakı hərbi hissələrdə oldu

CƏMİYYƏT

21 Sentyabr 2022 | 16:43

Kamran Əliyev Qarabağdakı hərbi hissələrdə oldu

İşğaldan azad edilmiş Ağdam şəhərində Baş Prokurorluğun rəhbərliyinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun və işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən tabe rayon və ərazi hərbi prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluqdan Bakıvaxtı.az-a verilən məlumata görə, tədbirdən öncə müşavirə iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri düzərək onun unudulmaz xatirəsini dərin ehtiramla yad edib.

Daha sonra tədbir iştirakçıları Birinci Qarabağ müharibəsində həlak olmuş şəhidlərin məzarlarını ziyarət edib.

Müşavirədən sonra Baş Prokuror Kamran Əliyevin rəhbərlik etdiyi heyət Ağdam seherinde görülmüş abadlıq-quruculuq işləri ilə tanış olub.
Daha sonra Baş Prokuror Kamran Əliyev işğaldan azad olunmuş ərazilərdə xidmət aparan hərbi hissələrdə olub, hərbi qulluqçuları təltif edib.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026