• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Kamran Əliyev Xəzər rayonunda vətəndaşları qəbul edəcək

SİYASƏT

10 Fevral 2025 | 12:23

Kamran Əliyev Xəzər rayonunda vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev paytaxtın Xəzər rayonunda vətəndaşları qəbul edəcək.

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib

Bildirilib ki, Baş prokuror Kamran Əliyev fevralın 14-də saat 10:00-da Xəzər rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan vətəndaşların qəbulunu keçirəcək.

Vətəndaşlar qəbulla bağlı Xəzər rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026