• Bakı 13° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Keçən il istifadəyə verilən stansiyada lift işləmir? - AÇIQLAMA  

CƏMİYYƏT

26 Aprel 2022 | 12:20

Keçən il istifadəyə verilən stansiyada lift işləmir? - AÇIQLAMA

Sosial şəbəkədə yayılan məlumata görə, Bakı Metropoliteninin keçən il istifadəyə verilən “8 Noyabr” stansiyasında lift işləmir.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov Bakıvaxtı.az-a bildirib ki, Bakı metropoliteninin bənövşəyi xəttində olan 3 stansiyanın hər birində quraşdırılan liftlər işləyir.

"Sadəcə, yerüstü sahədə olan liftlərin iş prinsipləri fərqlidir. Bu da təhlükəsizlik tələblərilə bağlıdır", - deyə B.Məmmədov bildirib.

O qeyd edib ki, lift xidmətindən istifadə üçün zəng, SMS və mobil əlavə vasitəsilə əvvəlcədən sifariş vermək lazımdır: "Əlil arabası istifadəçiləri, habelə metordan istifadə imkanları məhdud olan sərnişinlər - qoltuğaltı ağaclar. əsalarla və uşaq arabası hərəkət edənlər, həmçinin əli yüklü olan hamilə xanımlar, ahıl insanlar, bu və digər səbəblərdən müvəqqəti olaraq metrostansiyalara enib-qalxmaq problemi olan sərnişinlər 2019-ci ilin mart ayından “Əlçatan metro layihəsi”ndən yararlana bilərlər". 

Ramid İbrahimov   


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR