Dünyanın ən zəngin adamı İlon Maskın universitetdə bir müddət birlikdə olduğu keçmiş sevgilisi Cennifer Qvin Maskın gənclik fotolarını və bəzi əşyalarını hərraca çıxarıb.
Bakıvaxtı.az xəbər verir ki, Pensilvaniya Universitetində Mask ilə birlikdə oxuyarkən sevgilisi olan Qvin RR Auction adlı saytda Muskın əşyalarını satmağa başlayıb. Qvinin satışa çıxardığı əşyalar arasında Maskın gənclik fotoları, avtoqrafı olan pul və ad günü kartı var. Maskın "Love, Elon" imzalı ad günü kartı üçün 10 min dollar təklif edilib.
Digər tərəfdən, İndependent-in xəbərinə görə, Qvin oğlunun universitet xərclərini qarşılamaq üçün hərraca başlayıb.
Aytac Aslan











jpg-1665571576.webp)







