• Bakı 13° C

    9.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Kəlbəcərdə QƏZA baş verib, ÖLƏN var

HADİSƏ

12 Sentyabr 2024 | 08:13 | Müəllif: Əli Hüseynov

Kəlbəcərdə QƏZA baş verib, ÖLƏN var

Kəlbəcərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Qamışlı kəndi ərazisində yol nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub.

Polis əməkdaşları həmin əraziyə gələrək müvafiq tədbirlər həyata keçirib.

İlkin araşdırmalar zamanı məlum olub ki, Daşkəsən rayon sakini, 1989-cu il təvəllüdlü N. Qasımov “Hovo” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək nəqliyyat vasitəsini dərəyə aşırıb.

Hadisə nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, sərnişin, Daşkəsən rayon sakini, 1992-ci il təvəllüdlü İ. Qasımov ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026