Ötən ilin 11 ayının nəticələrinə görə kənd təsərrüfatında 3,8 faiz artım olub.
Bakıvaxtı.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.
O bildirib ki, ümumən əsas məhsulların hamısında artım olub. Yalnız iqlim şəraiti ilə əlaqədar pambıq istehsalında ötən illə müqayisədə azalma var. Digər məhsullarda artım qeydə alınıb.
















