Türkiyədə kibercinayətkarlıqla mübarizə çərçivəsində əməliyyatlar keçirilib.
Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, əməliyyatlar 5 gün ərzində 16 vilayətdə baş tutub.
171 şübhəlinin tutulduğu bildirilib.
Qeyd olunub ki, saxlanılanlardan 74-ü həbs edilib, 15-i haqqında məhkəmə nəzarəti qərarı verilib, digərləri ilə bağlı isə əməliyyatlar davam edir.
Ümumilikdə 16 milyard 603 milyon TL dəyərində aktivin ələ keçirildiyi vurğulanıb.
Mina Mikayılova