• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Kimdir o, getsin işi ilə məşğul olsun!” - General Rüstəm Usubovdan sərt AÇIQLAMA

CƏMİYYƏT

15 Fevral 2022 | 14:20 | Müəllif: Subhan Mahmudov

"Kimdir o, getsin işi ilə məşğul olsun!” - General Rüstəm Usubovdan sərt AÇIQLAMA

Xəbər verdiyimiz kimi Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, İstintaq İdarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və idarənin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesləri davam edir. Baş tutan məhkəmə proseslərində Baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubovun dindirilməsi məsələsi gündəmə gəlib. Mövlam Şıxəliyev və digərləri onun da məsuliyyət daşıdığına işarə vurub. General ötən proseslərdə "Mən bu işlərdə heç kim olmuşam. Rüstəm Usubov məsələni həll etdiyi üçün mən qarışa bilməmişəm"- deyə, qeyd edib.

Bakıvaxtı.az bildirir ki, manset.az məhkəmədə adı çəkilən Baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubovla əlaqə saxlayıb. O açıqlamasında məsələyə qıssa münasibət bildirib.

"Mən heç hara çağrılmamışam. Belə adamlarla bağlı heç mənə zəng vurmayın. Kimdir o? Kim mənim boynuma nəsə yıxmaq istəyirsə, özü bilər. Kim nə danışır, nə deyir, mənə maraqlı deyil. Mən onun adını çəkib cavab verməyəcəm. Getsin işi ilə məşğul olsun!"

Qeyd edək ki, bu gün keçiriləcək növbəti məhkəmə prosesində Baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubovun dindiriləcəyi bildirilirdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026