• Bakı 15° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Kirill Dmitriyev: "Rusiyanı cilovlamaq siyasəti uğursuzdur"

DÜNYA

18 Fevral 2025 | 12:16

Kirill Dmitriyev: Rusiyanı cilovlamaq siyasəti uğursuzdur

"ABŞ-nin yeni administrasiyası ilə aparılan danışıqlar Rusiyaya qarşı mühafizə siyasətinin uğursuzluğa uğradığını deməyə əsas verir". 

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki , bunu Rusiya Birbaşa İnvestisiya Fondunun (RİF) rəhbəri Kirill Dmitriyev deyib.

Onun sözlərinə görə, ABŞ-nin keçmiş prezidenti Co Baydenin administrasiyası çoxlu dezinformasiya və yanlış mesajlar verməklə, Amerika şirkətlərinin potensial mənfəətlərinin əhəmiyyətli hissəsini itirməsinə səbəb olub:

"Dialoqumuz bizə həqiqəti deməyə imkan verir. Rusiya ilə ABŞ arasında bugünkü danışıqlar qlobal problemlərin həlli üçün son dərəcə vacibdir. Bütün ictimaiyyət Rusiya və Amerika tərəflərini izləyir, çünki münasibətlərin yaxşılaşdırılması hazırda dünyanın üzləşdiyi çoxlu sayda qlobal problemləri həll etməyə imkan verəcək".

Gülşən Şərif


SON XƏBƏRLƏR

18 Aprel 2025