• Bakı 20° C

    11.29 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 0.0177

KİV: Tramp Harrisi 1 faiz səslə üstələyib

DÜNYA

09 Sentyabr 2024 | 11:56

KİV: Tramp Harrisi 1 faiz səslə üstələyib

ABŞ prezidentliyinə namizəd Kamal Harris Donald Trampla növbəti debat öncəsi liderliyi itirmək üzrədir.

Bakıvaxtı.az-ın “The New York Times“ nəşrinə istinadən xəbərinə görə, sonuncu sorğunun nəticəsi rəqiblər arasında 1 faizlik fərqin yarandığını ortaya qoyub.

Belə ki, D. Tramp 48, K. Harris isə 47 faiz respondentin dəstəyini qazanıb.

“CBS News”un keçirdiyi rəy sorğusu isə əksinə, Kamala Harrisin 1 faiz öndə olduğunu göstərib. Rəqiblər arasında növbəti debatlar isə sentyabrın 10-da Filadelfiyada keçiriləcək.

Bu arada, Donald Tramp seçkidə qələbə qazandıqdan sonra saxtakarlıq faktlarında adları hallanan məmurlara qarşı sərt tədbirlər görəcəyinin anonsunu verib.APA


SON XƏBƏRLƏR

02 Oktyabr 2024