• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Klaar gedir, yerinə Qrono təyin edildi 

DÜNYA

26 Iyul 2024 | 22:27

Klaar gedir, yerinə Qrono təyin edildi 

AB Şurası Maqdalena Qrononu AB-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə yeni xüsusi nümayəndəsi təyin edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AB Şurası məlumat yayıb.

Bildirilib ki, Qrono 31 avqustda səlahiyyət müddəti başa çatacaq Toivo Klaarı əvəz edəcək.

O, 2024-cü il sentyabrın 1-də vəzifəsinin icrasına başlayacaq.

Qrono BMT və ATƏT ilə sıx əməkdaşlıq şəraitində münaqişələrin, o cümlədən Gürcüstandakı böhranın və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinin sülh yolu ilə həllinə töhfə verəcək.

Qrono Çexiya vətəndaşıdır və hazırda Avropa Şurasının rəhbəri Şarl Mişelin baş diplomatik müşaviri vəzifəsini tutur. Mişelin kabinetinə qoşulmazdan əvvəl o, Avropa Şurasının keçmiş rəhbəri Donald Tuskun xarici siyasət üzrə müşaviri olub.

Qeyd edək ki, Qrononun namizədliyi bundan öncə Avropa Birliyinin Siyasi və Təhlükəsizlik Komitəsi tərəfindən təsdiqlənmişdi./axar.az


SON XƏBƏRLƏR

07 Sentyabr 2024