• Bakı 19° C

    4.22 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.0391

Kolleclərdə “Müəllimlik” ixtisası LƏĞV EDİLİR

CƏMİYYƏT

06 Fevral 2025 | 11:03

Kolleclərdə “Müəllimlik” ixtisası LƏĞV EDİLİR

Kolleclərdə “Müəllimlik” ixtisası tədricən ləğv ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu AzTV-yə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Nazirin sözlərinə görə, bu addım müəllimlik peşəsində rəqabətliliyi artıracaq.

"Kolleclərdə bəzi fənlər üzrə hazırlıq onsuz da aparılmırdı. Məsələn, kimya, fizika, biologiya və riyaziyyat müəllimləri ali təhsil müəssisələrində hazırlanır. Kolleclərdə isə, əsasən, ibtidai sinif, musiqi, təsviri incəsənət və digər fənn müəllimləri hazırlanır", – deyə nazir qeyd edib.

O bildirib ki, kolleclərdə, əsasən, ibtidai sinif və məktəbəqədər təhsil üzrə müəllim hazırlığı məhdudlaşdırılacaq.


SON XƏBƏRLƏR

15 Sentyabr 2025