• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Köməkçisinə 55 min dollar verəcək

DÜNYA

25 Iyul 2023 | 16:12

Köməkçisinə 55 min dollar verəcək

Avstraliyalı gənc milyonçu və sahibkar Metyu Lepre tam ştatlı köməkçi axtarır.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, Lepre şanslı şəxsə 55 min dollar ödəyəcəyini açıqlayıb.

Sahibkar Avropa və Amerika səfərlərində onu müşayiət edə biləcək, sosial mediasını təşkil edəcək və rezervasiyalarını planlaşdıra biləcək birini axtarır.

Bundan əlavə, müraciət edənlərin sosial media sahəsində təcrübəsi olmalıdır. Səyahətlə bağlı heç bir problem yaşamamaları üçün etibarlı pasportları olmalıdır.

"Son bir il ərzində BƏƏ, İndoneziya, ABŞ, Yeni Zelandiya, İtaliya, Fransa, İspaniya, İsveçrə və Taylandda səyahət edərkən öz işimi böyütdüm, indiyə qədər fotoşəkillərimi ən yaxın dostlarım çəkiblər", - Lepre bildirib.

Xaricdə bütün uçuşlar və yaşayış Lepre tərəfindən qarşılanacaq, lakin köməkçinin öz peşəkar avadanlıqları olmalıdır.

Qeyd edək ki, Lepre Ecom Warrior Academy-nin yaradıcısıdır. Eyni zamanda, e-ticarət biznesi ilə də məşğuldur.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026