• Bakı 26° C

    1.27 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Konqoda torpaq sürüşməsi: 11 nəfər öldü

DÜNYA

23 Noyabr 2022 | 00:09 | Müəllif: Subhan Mahmudov

Konqoda torpaq sürüşməsi: 11 nəfər öldü

Konqo Demokratik Respublikasının şərqində güclü yağışın yaratdığı torpaq sürüşmələri nəticəsində azı 11 nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Konqonun “Okapi” radiostansiyası məlumat yayıb.

Qeyd olunub ki, Cənubi Kivu əyalətinin Kamituge kəndinə güclü yağışlar yağıb. Nəticədə su axınları torpaq sürüşməsinə səbəb olub və evlər uçub. Ölənlərlə yanaşı, daha 7 nəfər itkin düşmüş hesab olunur.

Kənddə xilasedicilər dağıntıları təmizləyir, zərərçəkənlərə yardım göstərilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026