“Artıq akkreditasiya və uniforma mərkəzi fəaliyyətə başlayıb. Mərkəzdə 100-ə yaxın könüllü fəaliyyət göstərir”.
Bakıvaxtı.az xəbər verir ki, “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) İnsan resursları və işçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova bildirib.
Onun sözlərinə görə, mərkəzdə 8 min ədəd uniforma və 14 min ədəd akkreditasiyanın verilməsi nəzərdə tutulub:
“Könüllər “Formula-1” Azərbaycan Qran-Prisi üçün təlimdən keçirlər və onlar bu böyük tədbirə hazırdırlar”.
Ramid İbrahimov