• Bakı 10° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Kor və kar sözləri dəyişdirildi

CƏMİYYƏT

08 Oktyabr 2024 | 13:20

Kor və kar sözləri dəyişdirildi

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Poçt haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi təsdiq edilib.

Bakıvaxtı.az xəbər verir ki, sözü gedən qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb və səsvermə nəticəsində qəbul edilib.

Layihəyə əsasən, əlilliyi olan şəxslərə qarşı alçaldıcı və təhqiramiz söz və ifadələr mənfi təsəvvürlər yaratmayan söz və ifadələrlə əvəz olunub.

Belə ki, kor sözü görmə qabiliyyəti tam məhdud, kar sözü eşitmə qabiliyyəti tam məhdud sözləri ilə dəyişdirilib. 

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026