• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Koronavirus əleyhinə peyvənd olunan yeniyetmələrin sayı açıqlandı

CƏMİYYƏT

17 Yanvar 2022 | 17:13

Koronavirus əleyhinə peyvənd olunan yeniyetmələrin sayı açıqlandı

Azərbaycanda 552 yeniyetmə yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə peyvənd olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində “Pfizer” peyvəndi ilə aparılır. Yeniyetmələr yalnız tibbi göstəriş olduğu halda hər iki valideynin razılığı ilə peyvənd oluna bilərlər.

Yeniyetmələrin vaksinasiyası üçün https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürmək mümkündür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR