• Bakı 10° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Evdə ölən şəxslərin meyitindən kovid testi götürülür? -TƏBİBDƏN AÇIQLAMA

CƏMİYYƏT

16 Fevral 2022 | 16:48 | Müəllif: Qalib İbrahimoğlu

Evdə ölən şəxslərin meyitindən kovid testi götürülür? -TƏBİBDƏN AÇIQLAMA

Ötən həftə Binəqədi rayonunda evində vəfat edən ağır onkoloji xəstənin üzərinə çağırılan təcili yardım briqadası meyitə baxış keçirib ölümü təsdiqləmə aktı zamanı, meyitin burnundan PCR testi götürüb. Ailə ilk başda bunun niyə edildiyinin fərqinə varmır.

Dəfndən 3 gün sonra onların telefonuna TƏBİB-dən ölən şəxsin testinin pozitiv çıxması və ailə üzvlərinin evi tərk etməməsi barədə mesaj gəlib. Bundan şoka düşən mərhumun bacısı ölüm sənədlərini almaq üçün poliklinikaya getdikdə, ölüm kağızında xərçənglə yanaşı COVID-19 yazıldığını görüb.

Həkimə xəstənin koviddən yox, qida borusu xərçəngindən öldüyünü desə də, onkoloq həkim “bilirik, amma öləndə kovid də olubmuş, bilməmisiz” cavabını verib.

Mərhumun ailəsi, bacısı buna etiraz etsələr də, onları arxayın ediblər ki, sənəddə kovid yazılması onun koviddən ölməsi anlamına gəlmir və heç bir şeyi dəyişmir.

Bakıvaxtı.az-ın məlumatına görə, medicina.az məsələ ilə bağlı TƏBİB-ə sorğu göndərib.

Həqiqətənmi bütün evdə ölən şəxslər kovidə görə test olunur? Olunursa, bunun əhəmiyyəti nədir?

TƏBİB-dən evdə ölənlərin meyitlərinin kovidə görə müayinə olunması təsdiqlənib. Bildirilib ki, PCR testinin götürülməsi Nazirlər Kabinetinin müvafiq qərarı ilə götürülür və həmin şəxsdə Kovid olub-olmamasını müəyyənləşdirmək üçündür.

"Ölüm vərəqində həm xəstənin əsas diaqnozu, həm yanaşı diaqnozu, həm də həmin vaxt üçün kovid virusu olub-olmaması yer alır. Koronavirus həmin şəxsin sənədində ölüm səbəbi kimi qeyd olunmur”.

Məlumata görə, hazırda pandemiya və karantin şəraiti olduqda evdə ağırlaşan xəstələrin də yanaşı olaraq kovidə yoluxub-yoluxmaması aydınlaşdırılır.

Çünki bəzən xəstə və ailə üzvləri kovidə yoluxduqlarını bilmir, şəxs başqa səbəbdən xəstə olsa da kovid onun vəziyyətini ağırlaşdırır və xəstə ağır vəziyyətdə olduğundan ailə kovidə yoluxa biləcəyini ehtimal etmir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026